Azərbaycan və Pakistan hər zaman bir birinin yanındadır | Icma.az
Ses qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycanın həm Avropanın, həm də Asiyanın müxtəlif regionlarında yerləşən dövlətləri ilə ikitərəfli əlaqələri onu qitələrarası qovşağa çevirir.
Ölkəmizin sıx dostluq və qardaşlıq əlaqələri qurduğu, qarşılıqlı münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş ölkələrdən biri də qardaş Pakistandır.
Hər iki ölkə həm ikitərəfli, həm də çoxtərəfli platformalarda bir-birinə daim dəstək göstərir və əlaqələrimiz bütün sahələrdə sürətlə inkişaf edir.
Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin bu günlərdə Azərbaycana rəsmi səfəri çərçivəsində keçirdiyi görüşlər, Prezident İlham Əliyev ilə mətbuata birgə bəyanatları iki dost, qardaş ölkənin münasibətlərinin bu gününün aydın mənzərəsini yaratdı.
Səfər çərçivəsində, həmçinin Azərbaycan-Pakistan biznes forumu keçirildi.
Hər iki ölkənin iqtisadi imkanlarının təhlili əsasında hədəflər açıqlandı.
Prezident İlham Əliyev bildirdi ki, Forum bizim ikitərəfli gündəliyimizi əks etdirir və cənab Baş nazirlə müzakirə etdiklərimizin nümunəsidir.
Tam oxu
Xəbəri oxu