Azərbaycan və Pakistan işgüzar dairələri arasında əlaqələrin möhkəmləndirilməsini müzakirə edib

19.11.2024

Missiya.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan və Pakistan arasında investisiyalar, ticarət sahəsində əməkdaşlığın genişləndirilməsi, həmçinin hər iki ölkənin işgüzar dairələri arasında əlaqələrin möhkəmləndirilməsi ilə bağlı məsələlər müzakirə edilib.

Missiya.Az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"Pakistanın özəlləşdirmə, İnvestisiya Şurası və kommunikasiya üzrə federal naziri Abdul Alim Xan ilə görüşümüzdə ölkələrimizin iqtisadi tərəfdaşlığının inkişafını məmnunluqla vurğuladıq", - deyə nazir qeyd edib.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью