Azərbaycan və Pakistan xalqları arasında mədəni əlaqələr yüksək səviyyədədir | Icma.az
Icma.az, Ses qazeti portalına istinadən məlumat verir. Məlumdur ki, Azərbaycan-Pakistan əlaqələri ortaq mənəvi dəyərlərə və şübhəsiz ki, Ümu
Qeyd edək ki, xalqlarımız, dövlətlərimiz arasındakı yüksək etimad və hörmət qarşılıqlıdır.
Yeri gəlmişkən, 44 günlük Vətən müharibəsində Pakistanın Azərbaycanın ədalətli mövqeyinə verdiyi dəstək, Pakistan dövlətinin və xalqının hər zaman yanımızda olması qədirbilən xalqımız tərəfindən heç zaman unudulmayacaq.
Pakistanın baş nazirinin Azərbaycana dövlət səfəri iki döst, qardaş ölkələr arasındakı münasibətləri yeni səviyyəyə qaldıracaq, qarşılıqlı əlaqələrə yeni impuls verəcək.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi Azərbaycan-Pakistan münasibətləri birgə tarix, mədəniyyət, din, həmrəylik və qarşılıqlı dəstək üzərində qurulub, bu qarşılıqlı dəstək isə ölkələrimizi, xalqlarımızı daha da yaxınlaşdırır.
Baş nazir Məhəmməd Şahbaz Şərif Pakistanla Azərbaycanı bir bədəndə iki ürəklə müqayisə edir.
Xüsusilə qeyd etmək yerinə düşər ki, qarşılıqlı etimad, sevgi, səmimi dostluq, qardaşlıq münasibətlərindən yüksəkdə dayanan heç nə yoxdur.
Ən önəmlisi isə odur ki, iki ölkə arasındakı münasibətlər sağlam təməllər üzərindən qurulub, zamanın sınaqlarından çıxıb.
Tam oxu
Xəbəri oxu