Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycan və onun Prezidenti İlham Əliyevin dəstəyi Gürcüstan üçün çox vacibdir.
Ölkələrimizin əməkdaşlığı Cənubi Qafqazda sülhün zəmanətidir.
Redaktor.az xəbər verir ki, bu sözləri “Report”a Gürcüstan parlamentinin Regionlararası siyasət və özünüidarəetmə komitəsinin sədri İrakli Kadagişvili deyib.
O, qeyd edib ki, Azərbaycan və Gürcüstan liderlərinin, xalqlarının müdrikliyi regionu yad dəyərlərdən, qeyri-ənənəvi meyllərdən xilas edib: “Qonşu, dost ölkələr həmişə bu məsələlərə diqqət yetirməlidirlər ki, qarşıya çıxan problemlər və ya sualları həmişə birgə həll etsinlər, bir-birinə dəstək olsunlar.
Bu, hər bir ölkənin suverenliyini və demokratiyasını gücləndirir. Düşünürəm ki, bu məsələlərin həllində əməkdaşlıq vacib rol oynayır.
İndi bəzi qüvvələr Gürcüstanda vəziyyəti gərginləşdirməyə çalışır, buna görə də Azərbaycanın və onun Prezidenti İlham Əliyevin dəstəyi Gürcüstan üçün çox vacibdir”.
İrakli Kadagişvilinin sözlərinə görə, parlament seçkilərindən sonra Baş nazir İrakli Kobaxidzenin ilk rəsmi səfərini Azərbaycana etməsi onu göstərir ki, iki ölkə arasında münasibətlər nə qədər vacib və çox məhsuldardır: “Regionda həyati əhəmiyyət kəsb edən bir sıra məsələlər var ki, onlar həm Gürcüstan, həm də Azərbaycan üçün çox önəmlidir.