Azərbaycan və Qarabağa təşəkkür etdi: Sonsuz minnətdarıq | Icma.az
Sportal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Qarabağ”ı "Flamenqo"ya dəyişən Juninyonun həyat yoldaşı Vivian Azərbaycana və "Qarabağ"a təşəkkürünü bildirib.
Sportal.az xəbər verir ki, braziliyalı xanım sosial şəbəkə hesabında bu cür paylaşım edib: “Bizi qarşıladığınız və günlərimizi xoşbəxt etdiyiniz üçün təşəkkür edirik.
Gözəl hekayə idi. Sonsuz minnətdarıq. “Qarabağ”, inanılmazsan. Dünyadakı bütün uğurları bu kluba arzulayıram”.
Qeyd edək ki, “Qarabağ” Juninyonun keçidindən 5 milyon avro qazanc əldə edəcək.
O, Ağdam təmsilçisinin heyətində 80 oyunda 42 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu