Azərbaycan və Qazaxıstan beynəlxalq arenada biri birini dəstəkləyir, bir çox məsələlərdə o…
Demokrat.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycan ilə Qazaxıstan xalqlarını ortaq tarixi, dini və mədəni köklər, eyni yamanda mehriban dostluq, qardaşlıq münasibətləri birləşdirir.
İki dost dövlət arasında siyasi əlaqələr yüksək dərəcədə möhkəmlik və qarşılıqlı etimad üzərində qurulur.Dövlət başçılarının sıx münasibətləri iki ölkə arasında əlaqələrə mühüm töhfə verir, ikitərəfli əməkdaşlığın yüksələn xətlə inkişafına və daha da güclənməsinə xidmət edir.Azərbaycan və Qazaxıstan Prezidentlərinin son illər qarşılıqlı yüksək səviyyəli səfərləri ikitərəfli münasibətlərə müsbət təsirini göstərib.
Onu da qeyd edək ki, son üç il ərzində Azərbaycan Prezidenti Qazaxıstana yeddi dəfə, Qazaxıstan Prezidenti isə Azərbaycana altı dəfə səfər edib.Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2025-ci il oktyabrın 18-də Qazaxstanın “Kazinform” agentliyinə müsahibə verib.
Müsahibəsində qeyd edib ki, Ötən onilliklər ərzində xalqlarımız arasında tarixi qardaşlığa, dostluğa və qarşılıqlı dəstəyə, ortaq türk kimliyinin möhkəm təməlinə, oxşar mədəni ənənələrə və mənəvi dəyərlərə əsaslanaraq, biz həqiqi strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri qurmuşuq.Sözsüz ki, ikitərəfli əməkdaşlığın möhkəmlənməsinə töhfə verən mühüm amil ən yüksək səviyyədə aparılan və dövlətlərarası əlaqələrin bütün səviyyələrdə hərtərəfli dərinləşməsinə təkan verən fəal və konstruktiv dialoqdur.Qazaxıstan işğaldan azad edilmiş torpaqlarımızda gedən quruculuq işlərində də Azərbaycanın yanındadır.
Füzuli şəhərinin işğaldan azad edilmiş ərazisində inşa edilmiş və istifadəyə verilmiş Kurmanqazı adına Uşaq İncəsənət Mərkəzini xalqlarımız arasında dostluq və qardaşlığın daha bir rəmzi və Azərbaycana mənəvi dəstəyin simvolu kimi qiymətləndirirlir.
Bu gün Mərkəz mühüm mədəni-maarif müəssisəsinə çevrilib, hazırda orada 100-ə yaxın uşaq təhsil alır.Onu da qeyd edək ki, Qazaxıstan və Azərbaycan arasında imzalanmış strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilənin artıq 20 yaşı var.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev müsahibəsində bunu xatırladaraq demişdir: “Biz ötən illər ərzində möhkəm hüquq-müqavilə bazası - təqribən 170 sənəd işləyib hazırlamışıq, siyasi, iqtisadi-ticari, investisiya, mədəni-humanitar və digər sahələrdə səmərəli əməkdaşlıq mexanizmləri yaratmışıq.
Tam oxu
Xəbəri oxu