Icma.az, Adelet.az saytına istinadən bildirir. Azərbaycan bütün tərəfdaşlarla, o cümlədən Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə münasibə
Qazaxıstan da bu mənada ən önəmli strateji müttəfiqlərdən biridir.
Prezident İlham Əliyevin Qazaxıstan mətbuatına müsahibəsində də Bakı ilə Astana arasında münasibətlərin yüksək səviyyəyə çatdığı vurğulanır.
Ölkələrimiz artıq 20 ildir ki, strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilə imzalayıb.
İki ölkənin bu vaxta qədər imzaladığş 170 əməkdaşlıq sənədi siyasi, iqtisadi-ticari, investisiya, mədəni-humanitar və digər sahələrdə səmərəli əməkdaşlıq mexanizmlərinin yaranmasına səbəb olub.Eyni zamanda Ali Dövlətlərarası Şura iki ölkə arasındakı münasibətləri daha da inkişaf etdirir.
Bu Şura iki ölkə arasında münasibətlərin ən üst səviyyəsini xarakterizə edir.Dövlət başçılarının qarşılıqlı səfərləri isə ikitərəfli münasibətlərdə yeni səhifə açır.
Liderlər təmasları strateji tərəfdaşlığı, müttəfiqliyi möhkəmləndirmək üçün çox faydalı hesab edir.Bakı və Astana çoxtərəfli formatlarda, xüsusilə beynəlxalq və regional təşkilatlar çərçivəsində də bir-birini dəstəkləyir.Azərbaycan və Qazaxıstan hər zaman regionda təhlükəsizlik sistemi ilə bağlı olan məsələləri diqqətdə saxlayır.Dünyada məhz nəqliyyat-logistika imkanlarına çıxış uğrunda mübarizənin kəskinləşdiyi bir vaxtda ölkələrimizin beynəlxalq nəqliyyat dəhlizlərindəki rolu bu sahədə yeni perspektivlər açır.
Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi Avropa ilə Asiya arasında etibarlı və effektiv ticarət bağlantısı kimi dəyərləndirilir.