Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ilə Qazaxıstanın Maliyyə Nazirli
SİA bu barədə Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, Azərbaycan tərəfdən danışıqlarda qurumun Beynəlxalq vergitutma və vergi monitorinqi baş idarəsinin, Qazaxıstan tərəfdən isə Maliyyə Nazirliyinin Vergi və Gömrük qanunvericiliyi departamenti və Dövlət Gəlirləri Komitəsinin nümayəndələri iştirak ediblər.
Müzakirələr zamanı qeyd olunub ki, ölkələr arasında yeni Konvensiya üzrə danışıqlar hər iki ölkə üçün böyük önəm kəsb edir.
Saziş sərmayəçilər üçün əlverişli şəraitin yaradılmasını, məlumat mübadiləsində effektiv qarşılıqlı münasibətlərin formalaşdırılmasını nəzərdə tutur.
Üç gün davam edən müzakirələrin nəticəsi olaraq, saziş layihəsinin vergitutmaya aid əksər müddəaları üzrə razılıq əldə olunub.
Qarşılıqlı anlaşma şəraitində keçən müzakirələr zamanı tərəflər açıq qalan məsələlərlə bağlı qısa vaxt ərzində razılığın əldə olunması üçün səylərin gücləndirilməsi barədə ortaq fikrə gəliblər.
Əldə edilmiş razılaşmalarla bağlı sənəd paraflanıb. Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.