Icma.az bildirir, Olke.az portalına istinadən.
Ölkə.az xəbər verir ki, bu barədə Qazaxıstanın rəqəmsal inkişaf naziri Jaslan Madiyev bildirib.
Tərəflər artıq Xəzərin dibi ilə 390 kilometr uzunluğunda kabel çəkiblər. Yeni xəttin Asiya ilə Avropa arasında birbaşa və yüksək sürətli məlumat ötürülməsi üçün yeni dəhliz yaradacağı gözlənilir.
"Yeni marşrut Qazaxıstanın qlobal məlumat şəbəkələrinə rəqəmsal bağlantısını gücləndirəcək, həmçinin süni intellektin, bulud texnologiyalarının və müasir məlumat mərkəzlərinin gələcək inkişafı üçün təməl yaradacaq", - Madiyev bildirib.
Qeyd edək ki, Sumqayıt və Aktau arasında Xəzər dənizinin dibi ilə çəkilən fiber-optik kabel xətti Qazaxtelekom və AzerTelecom International şirkətlərinin birgə müəssisəsi olan CaspiLink B.V. tərəfindən həyata keçirilən layihə çərçivəsində inşa olunur.