Turkstan.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Aqil Camal Astanada nəşr olunan “Türküstan” qəzetinin redaksiyasında olub
Qazaxıstan Mədəniyyət və İnformasiya Nazirliyinin və Türk Mədəniyyəti və İrsi Fondunun dəvəti ilə qardaş ölkə Qazaxıstana səfər etmiş “Türküstan” qəzetinin baş redaktoru Aqil Camal bir sıra görüşlər keçirib.
Belə maraqlı görüşlərdən biri Qazaxıstanda nəşr olunan “Türkistan” qəzetinin redaksiyasında olub.
Aqil Camal baş ofisi Astanada yerləşən "Türkistan" qəzetində redaksiya heyəti ilə görüşüb.
Görüş zamanı türk dünyasının ortaq tarixinin və mədəni irsinin təbliği, qardaş xalqlar arasında mənəvi əlaqələrin möhkəmləndirilməsi və kütləvi informasiya vasitələri arasında əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə olunub.
"Türkistan" qəzetinin baş redaktoru Bauyrjan Babajanuli qazax və Azərbaycan xalqlarının tarixi köklərinin, ortaq dəyərlərinin və türk birliyinin geniş təbliği istiqamətində qarşılıqlı tərəfdaşlıq qurmağı təklif edib.
A.Camal Özbəkistanda da eyni adlı qəzetin nəşr olunduğunu xatırladaraq qardaş xalqların media qurumlarının ortaq fəaliyyəti, koordinasiyanın gücləndirilməsinin əhəmiyyətindən danışıb.
Onun sözlərinə görə, Türk xalqları əsrlər boyu davam edən qardaşlıq, ortaq tarix və mənəvi yaxınlıqla bağlıdır.
Görüşdə iki ölkənin eyniadlı nəşrləri arasında əlaqələrin gücləndirilməsinin və türk xalqlarının birlik və həmrəyliyinin, eləcə də ortaq tarixi irsinin geniş təbliğinə yönəlmiş birgə layihələrin həyata keçirilməsinin vacibliyi vurğulandı. Tərəflər gələcəkdə təcrübə mübadiləsi aparmaq və qardaş xalqların dostluğunu təşviq etmək üçün sıx əlaqələr qurmaq niyyətlərini ifadə etdilər.
Görüşdə "Ayqyn" qəzetinin baş redaktoru Amangəldi Kürmetoviç də iştirak edib.