Azərbaycan və Slovakiya müdafiə nazirləri görüşüb VİDEO

07.11.2025

Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Noyabrın 7-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Slovakiya Respublikasının Baş nazirinin müavini və müdafiə naziri Robert Kalinak ilə görüşüb.

APA MN-ə istinadən xəbər verir ki, müdafiə naziri slovakiyalı qonağı salamlayaraq onu ölkəmizdə görməkdən məmnun olduğunu bildirib. General-polkovnik Z.Həsənov ölkələrimiz arasında mövcud hərbi əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Səmimi qəbula və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirən R.Kalinak Vətən müharibəsində qazanılan Qələbənin beşinci ildönümü münasibətilə həmkarını təbrik edib. Hərbi əlaqələrimizin genişləndirilməsində qarşılıqlı səfərlərin zəruriliyini diqqətə çatdırıb.

Görüşdə tərəflər, həmçinin hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlığın cari vəziyyəti və yeni perspektivlərini müzakirə edib, müdafiə sahəsində maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparıblar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью