Azərbaycan və Slovakiya XİN başçıları müzakirə aparıblar

05.12.2024

Reyting.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Slovakiyanın xarici işlər və Avropa məsələləri üzrə naziri Yuray Blanar ilə görüşüb.
Reyting.az
xəbər verir ki, bu barədə XİN-in sosial şəbəkə hesabında yazılıb.
Görüş Maltada Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 31-ci iclası çərçivəsində baş tutub.
Tərəflər iki ölkə arasında strateji tərəfdaşlıqdan məmnunluqlarını bildirərək, ikitərəfli və çoxtərəfli əlaqələri daha da dərinləşdirmə yollarını müzakirə ediblər.
Münaqişə sonrası regional yenidənqurma və sülh səyləri, eləcə də minatəmizləmə fəaliyyəti də müzakirə olunub.

Ana səhifəyə dön


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью