Azərbaycan və Somali XİN rəsmiləri görüşdü

05.02.2025

Teleqraf.com portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Somalinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Əhməd Moallim Fiki ilə Moqadişoda səfərdə olan Azərbaycan XİN rəhbərinin müavini Yalçın Rəfiyevi qəbul edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Somali Xarici İşlər Nazirliyinin sosial şəbəkə hesabında paylaşım edilib.

Qeyd olunub ki, Azərbaycan və Somali əməkdaşlıq sahələrini genişləndirməyi planlaşdırır.

Görüş zamanı əməkdaşlığın dərinləşdirilməsi, ikitərəfli əlaqələrin genişləndirilməsi, iki ölkə arasında daha məhsuldar tərəfdaşlığın inkişafına ümumi sadiqlik kimi məsələlər müzakirə olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью