Azərbaycan və Türkiyə arasında dəmir yolu sahəsində yeni sənəd imzalanıb

27.01.2026

Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

AZCON Holding şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC (ADY) və Türkiyə Dövlət Dəmir Yolları (TCDD) arasında Anlaşma Memorandumu imzalanıb.

QSC-dən "APAS-Economics"ə verilən məlumata görə, ADY sədri Rövşən Rüstəmov və TCDD İdarə Heyətinin sədri və baş direktoru Veysi Kurt tərəfindən imzalanan memorandumda məqsəd dəmir yolu sektorunda əməkdaşlığın inkişaf etdirilməsidir.

Sənədə əsasən infrastrukturun inkişafı, hərəkətin idarə edilməsi, birgə innovativ həllərin tətbiqi, kadr hazırlığı, eləcə də məlumat mübadiləsi üzrə əməkdaşlıq həyata keçiriləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью