Azərbaycan və Türkiyə arasında TDT daxilində əməkdaşlıq müzakirə edilib

17.10.2025

Missiya.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan və Türkiyə arasında Türk Dövlətləri Təşkilatı (TDT) daxilində əməkdaşlıq müzakirə olunub.

Missiya.Az xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov "X"də yazıb.

Səfir Türkiyənin TDT-dəki daimi nümayəndəsi Ufuk Ekici ilə görüşdə sözügedən qurumun daxilində iki ölkə arasında münasibətlərin daha da gücləndirilməsi və ümumi məqsədlər naminə həmrəyliyin artırılmasının zəruriliyi barədə fikir mübadiləsi aparıldığını qeyd edib.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью