Azərbaycan və Türkiyə bu tədbirə birgə ev sahibliyi edəcək

15.07.2026

Yenicag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

COP29 Sədrliyi və qarşıdan gələn COP31 Sədrliyi 22-23 iyul tarixlərində Azərbaycanda görüşəcək. 

Yenicag.az xəbər verir ki, “Unikal”ın əldə etdiyi məlumata görə, görüş Şamaxı şəhərində keçiriləcək.

Beləliklə, Bakı və Ankara BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konfransının (UNFCCC) danışıqlar qruplarının sədrlərini və nümayəndə heyətlərinin rəhbərlərini bir araya gətirən yüksək səviyyəli tədbirə birgə ev sahibliyi edəcək.

Bu qeyri-rəsmi toplantı, COP 31-dən əvvəl açıq dialoqu asanlaşdırmaq, etimad yaratmaq və iqlim tədbirləri üzrə kollektiv səyləri inkişaf etdirmək üçün platforma rolunu oynayacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью