Azərbaycan və Türkiyə əməkdaşlıq üçün yeni yol xəritəsi hazırlayır

15.11.2024

Report.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan və Türkiyə arasında əməkdaşlıq üçün bu ilin sonuna qədər yeni yol xəritəsi qəbul olunacaq.

Bunu "Report"a açıqlamasında Türkiyənin sənaye və texnologiya nazirinin müavini Muhammet Kasim Gönüllü bildirib.

Onun sözlərinə görə, sənəd Azərbaycan İqtisadiyyat Nazirliyi ilə birgə hazırlanır.

Türkiyə rəsmisi iki ölkənin bir çox sahələrdə, o cümlədən standartlaşdırma sahəsində uğurla əməkdaşlıq etdiyini vurğulayıb: "Azərbaycan Standartlaşdırma İnstitutu ilə Türkiyənin Elmi və Texnoloji Tədqiqat Şurası (TÜBİTAK) əməkdaşlıq edir. Biz Azərbaycan tərəfinə öz standartlarımızı vermişik. Bu da sənayenin inkişafına kömək edir".

Bizim Telegram kanalımıza abunə olun

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью