Azərbaycan və Türkiyə gəncləri Qarabağ zəfərini birlikdə qeyd ediblər VİDEO

06.11.2025

Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türkiyə və Azərbaycan gəncləri Qarabağın işğaldan azad edilməsinin 5-ci ildönümünü birlikdə qeyd ediblər.

Moderator.az bu barədə "Haber Global" telekanalına istinadən xəbər verir.

İki ölkə gəncləri Türkiyə Gənclik Fondunun (TÜGVA) İstanbulda təşkil etdiyi tədbirdə bir araya gəliblər.

Azərbaycan Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Yusif Vəliyev telekanala açıqlamasında bildirib ki, tədbir 44 gün davam edən müharibə ilə 30 illik həsrətə son qoymağı simvolizə edir:

"Biz təkcə torpaqlarımızı işğaldan qurtarmadıq, həm də bu torpaqları Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi altında ordumuzun və şəhidlərimizin qanı hesabına azadlığa qovuşdurduq".

Daha ətraflı videomaterialda:

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью