Azərbaycan və Türkiyə parlament sədrləri telefonla danışıb

23.04.2025

Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş arasında telefon danışığı olub.

"Report" xəbər verir ki, telefon danışığı zamanı Milli Məclisin sədri Türkiyənin İstanbul şəhərində baş vermiş silsilə zəlzələlərlə bağlı narahatlığını ifadə edib.

Azərbaycan və Türkiyənin qardaş ölkələr olaraq xoş və çətin günlərdə hər zaman bir yerdə olduqları bir daha vurğulanıb.

Numan Kurtulmuş göstərilən diqqət və dəstəyə görə minnətdarlığını bildirib, zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində görülən tədbirlər haqqında məlumat verib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью