Azərbaycan və Türkiyə su ehtiyatlarının idarə olunmasında əməkdaşlığı gücləndirir

09.12.2024

Icma.az bildirir, Sia Az saytına əsaslanaraq.

Azərbaycan və Türkiyə su ehtiyatlarının idarə olunmasında əməkdaşlığı genişləndirəcək. SİA xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi məlumat yayıb.

Bildirilib ki, Agentliyin əməkdaşları Əfsanə Əsgərova, Elmar Orucov, Ruslan Salmanov, İlqar Həsənov və Elnur Nəsirov su ehtiyatlarından istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin təkmilləşdirilməsi məqsədilə Türkiyəyə səfər çərçivəsində Dövlət Su İşləri Baş İdarəsinin rəisi Mehmet Akif Balta və qurumun aidiyyəti şöbələrinin mütəxəssisləri ilə görüşlər keçiriblər.

Görüşlərdə su ehtiyatlarının idarə olunması və mühafizəsi sahəsində qarşılıqlı təcrübə mübadiləsi aparılıb, təqdimatlar təqdim edilib və qarşılıqlı maraq doğuran suallar cavablandırılıb.

Tərəflər hər iki ölkənin su ehtiyatlarının idarə olunması sahəsində təcrübə mübadiləsinin intensivləşdirilməsinin vacibliyini xüsusi vurğulayıblar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью