futbolpress-az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycan və Türkiyənin gənclərdən ibarət taekvondo yığmaları Yay Olimpiya Oyunlarına hazırlıq məqsədilə Ankara şəhərində birgə təlim-məşq toplanışı keçirirlər.
Futbolpress.az xəbər verir ki, bu barədə Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Millinin məşqçisi Elnur Amanovun rəhbərliyi altında Zəhra İsayeva (44 kq) və Adil Əliyev (73 kq) Türkiyənin olimpiya seçmə komandası ilə birgə hazırlıq keçərək “Dakar-2026″ya qüvvə toplayırlar.
Məşq prosesi zamanı Türkiyə Taekvondo Federasiyasının rəhbəri Bahri Tanrıkulu idmançıların hazırlığını izləyib, hər iki yığmanın heyətinə və məşqçilər korpusuna müvəffəqiyyətlər arzulayıb.
Görüşün sonunda federasiya nümayəndələri tərəfindən qarşılıqlı xatirə hədiyyələri təqdim olunub. Ankaradakı birgə toplanış avqustun 26-dək davam edəcək.