Azərbaycan və Ukrayna təhsil sahəsində əməkdaşlığı müzakirə ediblər

17.02.2025

Icma.az, Report.az portalına istinadən məlumatı açıqlayır.

Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev Azərbaycan Dövlət Dəniz Akademiyasının (ADDA) rəhbərliyi ilə görüşüb və təhsil sahəsində əməkdaşlıq məsələlərini müzakirə edib.

“Report” xəbər verir ki, bu barədə səfirliyin “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

"Görüşdə Ukrayna universitetləri ilə əməkdaşlıq məsələləri müzakirə edilib və xüsusi diqqət Xerson Dövlət Dəniz Akademiyasına yönəlib. Əsas mövzular birgə konfranslar, tələbə və müəllim mübadiləsi, həmçinin ikili diplom məsələləri olub", - məlumatda qeyd olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью