Azərbaycan və Yunanıstan arasında dəniz nəqliyyatının inkişafı ilə bağlı müzakirələr aparılıb AZƏRTAC

16.11.2024

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 16 noyabr, AZƏRTAC

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin (RİNN) müavini Elmin Məmmədov COP29 tədbirində iştirak məqsədilə ölkəmizdə səfərdə olan Yunanıstanın dənizçilik və adalar siyasəti nazirinin müavini Stefanos Gikas ilə görüşüb.

RİNN-dən AZƏRTAC-a bildirilib ki, görüşdə iki ölkə arasında dəniz nəqliyyatı, yaşıl limanlar və dənizçilərin təlimi sahələrində əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.

Qeyd olunan sahələrdə əlaqələrin inkişaf etdirilməsi üçün ekspertlər səviyyəsində danışıqların davam etdirilməsinə dair razılığa gəlinib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью