Azərbaycan velosipedçiləri Astanada beynəlxalq turnirə qatılacaq

08.05.2025

Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Qazaxıstan paytaxtı mayın 16-18-də “Sarıarka” velosiped trekində keçiriləcək “Silk Way Series - Astana 2025” beynəlxalq velosiped turnirinə ev sahibliyi etməyə hazırlaşır.

İdman.biz AZƏRTAC-a istinadən xəbər verir ki, yarışda bir sıra ölkələrdən, o cümlədən Azərbaycandan idmançılar iştirak edəcəklər.

Qazaxıstan, Belarus, Cənubi Koreya, Özbəkistan, Yunanıstan, Rusiya, Latviya və Litva təmsilçiləri də turnirdə medallar uğrunda mübarizə aparacaqlar.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью