Azərbaycan velosipedçiləri Kahramanmaraş turunda yarışacaqlar

02.08.2026

Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanın şose velosipedi üzrə kişilərdən ibarət milli komandası Türkiyədə keçiriləcək “Tour of Kahramanmaraş” yarışında mübarizə aparacaq.

İdman.Biz xəbər verir ki, Beynəlxalq Velosipedçilər İttifaqının 2.2 kateqoriyalı yarışına 4 avqustda start veriləcək. Dörd mərhələdən ibarət turnir 7 avqustda başa çatacaq. (Instagram)

Azərbaycan millisinin heyətində Şahin Eyvazov, Musa Mikayılzadə, Maksim Trendelyov, Nofəl Nuriyev, Süleyman Ələkbərov və Əli Qurbanov yer alıblar.

Komandaya məşqçi Elçin Əsədov rəhbərlik edəcək.

İdman.Biz
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью