Azərbaycan velosipedçiləri Türkiyədə beynəlxalq yarışda iştirak edəcəklər

20.02.2026

Icma.az bildirir, 525.az portalına istinadən.

Azərbaycanın velosiped idmanı üzrə yığması Türkiyənin Alanya şəhərində keçiriləcək "Grand Prix Alaiye 1.2" yarışında iştirak edəcək.

525.az-a bu barədə Azərbaycan Velosiped İdmanı Federasiyasından bildirilib.

Fevralın 21-də baş tutacaq yarışa Musa Mikayılzadə, Nofəl Nuriyev, Əli Qurbanov, Şahin Eyvazov, Maksim Trendelyov və Tural İsrafilov qatılacaq.

Komandaya baş məşqçi Vladimir Buşanski və məşqçi Elçin Əsədov rəhbərlik edəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью