Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin ləğvi istənilir

29.01.2026

Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Saxta orden və medalların təsis edilməsi də daxil olmaqla, qanunvericiliyin bir sıra tələblərini dəfələrlə kobud şəkildə pozmuş "Azərbaycan Vətən Müharibəsi Veteranları" İctimai Birliyinin dövlət qeydiyyatının ləğvi barədə Ədliyyə Nazirliyi məhkəmədə iddia qaldırıb.

Oxu.Az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq nazirlikdən bildirilib.

Məlumata görə, iddia 2025-ci ilin oktyabrında qaldırılıb, hazırda məhkəmə prosesi davam edir.

Qeyd edək ki, qeyri-hökumət təşkilatlarının (QHT) qanunvericiliyin tələblərinə uyğun fəaliyyətinə nəzarət Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью