Azərbaycan vətəndaşı Dağıstanda itkin düşüb

07.06.2025

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

Azərbaycan vətəndaşı Rusiya Federasiyasının Dağıstan Respublikasında itkin düşüb.

Oxu.Az xəbər verir ki, Allahverdi Sahib oğlu İsmayılzadədən mayın 23-dən etibarən heç bir xəbər alınmır.

Yaxınlarının verdiyi məlumata görə, o, 2025-ci ilin fevral ayında işləmək məqsədilə Dərbənd şəhərinə yollanıb. Aprel ayında isə Mahaçqala şəhərinə köçüb.

O, mayın 23-nə qədər yaxınları ilə əlaqə saxlayıb. Lakin həmin tarixdən sonra onunla əlaqə kəsilib.

A.İsmayılzadənin sonuncu dəfə Mahaçqala şəhərində göründüyü bildirilir.

Ailəsi ehtimal edir ki, o, mayın 8-də sənədinin müddətinin başa çatması səbəbilə saxlanılmış ola bilər. Lakin bu məlumat da hələlik dəqiqləşdirilməyib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью