Azərbaycan vətəndaşı Ermənistandan sığınacaq istəyib?

13.02.2026

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Keçən il Ermənistandan sığınacaq üçün ümumilikdə 600 nəfər müraciət edib. 

Onların arasında ən çox sayda İran (197), Ukrayna (86), Rusiya (44), Əfqanıstan (34), Misir (34), Kuba (30), Suriya (29), İraq (27), Nigeriya (16) və Livan (11) vətəndaşı olub.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə Ermənistan Statistika Komitəsinin məlumatına əsasən “Factor.am” yazıb.

Yeddi Türkiyə vətəndaşı da sığınacaq üçün müraciət edib, onlardan biri yetkinlik yaşına çatmayan qız, digəri isə 35 yaşdan yuxarı altı kişidir.

Qeyd etmək lazımdır ki, 2024-cü ildə Ermənistandan sığınacaq istəyənlərin sayı 2025-ci illə müqayisədə bir qədər çox olub və 665 nəfərə çatıb. Məlumatda iddia olunub ki, 2025-ci ildə bir Azərbaycan vətəndaşı Ermənistandan sığınacaq istəyib. Onun 35-64 yaş arası kişi olduğu deyilir.

Xəzər
“Cebheinfo.az”

 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью