Azərbaycan vətəndaşını döyüb eyvandan atdılar

19.03.2026

Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Türkiyənin Sakarya vilayətinin Arifiye qəsəbəsində Azərbaycan vətəndaşına ağır xəsarətlər yetirilib.

Bakıvaxtı.az xəbər verir ki, Fatih məhəlləsində naməlum şəxs və ya şəxslər 30 yaşlı S.A-nı döyüblər.

Daha sonra eyvandan küçəyə atılan həmyerlimizi sakinlər görərək təcili tibbi yardım çağırıblar.

Ağır kəllə-beyin və digər xəsarətlər almış gənc Sakarya Təhsil və Araşdırma Xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilib. Hadisə ilə bağlı yerli hüquq-mühafizə orqanları araşdırma aparır./Qafqazinfo

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью