Azərbaycan vətəndaşları Çinə vizasız gedə biləcəklər

23.04.2025

Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanla Çin arasında viza rejimi ləğv olunur.

Oxu.Az xəbər verir ki, bununla bağlı saziş aprelin 23-də Pekində Azərbaycan Prezidenti İlham Əliyevin və Çin Sədri Si Cinpinin iştirakı ilə Azərbaycan-Çin sənədlərinin imzalanması mərasimində imzalanıb.

"Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş"i Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Çinin xarici işlər naziri Van İ imzalayıblar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью