Azərbaycan vətəndaşları daha bir ölkəyə vizasız gedəcək

08.07.2026

Icma.az, Banco.az saytına istinadən bildirir.

Azərbaycan və İordaniya ümumvətəndaş pasportlarının sahibləri üçün qarşılıqlı viza rejimini ləğv edir.

Banco.az  xəbər verir ki,  İordaniya Xarici İşlər Nazirliyinin məlumatına görə,  müvafiq sazişi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və onun iordaniyalı həmkarı Əymən Əs-Safadi imzalayıblar.

Bundan əlavə, XİN başçıları iki ölkənin hökumətləri arasında energetika sahəsində Anlaşma Memorandumu imzalayıblar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью