Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya edildi

21.10.2026

Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Son günlərdə 84 xarici vətəndaş Gürcüstandan deportasiya edilib.

Teleqraf xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsi məlumat yayıb.

Qeyd edilib ki, Miqrasiya İdarəsi tərəfindən həyata keçirilən kompleks tədbirlər nəticəsində Türkmənistan, Rusiya, Türkiyə, İordaniya, Misir, Hindistan, Azərbaycan, Livan, Nigeriya, Çin, Banqladeş, İraq, Kuba, Moldova, Panama, Səudiyyə Ərəbistanı və digər ölkələrin ümumilikdə 84 vətəndaşı ölkədən çıxarılıb.

Deportasiya edilən şəxslərin ölkəyə girişi qadağan edilib.

Xatırladılıb ki, bu il Miqrasiya İdarəsi tərəfindən 3400-dən çox insan Gürcüstandan deportasiya olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью