Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya edildilər

18.08.2026

Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.

Gürcüstanın Daxili İşlər Nazirliyinin (DİN) Miqrasiya İdarəsi son günlər həyata keçirilən tədbirlər nəticəsində azərbaycanlılar da daxil olmaqla 67 əcnəbini ölkədən deportasiya edib.

Moderator.az xəbər verir ki, bu barədə Gürcüstan DİN-in sosial şəbəkə hesabında açıqlama verilib.

Məlumata görə, idarə tərəfindən həyata keçirilən kompleks tədbirlər zamanı Türkiyə, Hindistan, Misir, Rusiya, Azərbaycan, Kuba, Ermənistan, Pakistan, Özbəkistan, Belarus, Türkmənistan, Livan, Moldova, Nepal, Nigeriya, Şri-Lanka, Çin və digər ölkələrin vətəndaşları ölkədən çıxarılıblar.

Mövcud qanunvericiliyə əsasən, deportasiya edilən şəxslərin yenidən ölkəyə girişinə qadağa qoyulub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью