Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya edilib

27.11.2026

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

Gürcüstandan daha 59 qanunsuz miqrant deportasiya edilib.

Modern.az xəbər verir ki, ölkədən çıxarılanlar arasında Azərbaycan vətəndaşları da var.

Deportasiya edilən şəxslər Azərbaycan, Livan, Türkmənistan, Pakistan, Yəmən, Belarus, Özbəkistan, Rusiya, Kamerun, Hindistan, İordaniya, Çin və Türkiyə vətəndaşlarıdır.

Bildirilib ki, deportasiya olunan əcnəbilərin Gürcüstana girişinə 2 ildən 5 ilədək qadağa qoyulur.

Bu məhdudiyyət ölkəni könüllü şəkildə tərk edən şəxslərə şamil edilmir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью