Azərbaycan vətəndaşları Monteneqroda saxlanıldı

27.10.2025

Icma.az bildirir, Bakupost saytına əsaslanaraq.


Monteneqro polisi Türkiyə və Azərbaycan vətəndaşlarından ibarət 45 nəfərlik dəstəni saxlayıb. Onların həm cinayətlərdə iştirakı, həm də ölkədə qalmalarının qanuni olub-olmamasına dair yoxlamalar aparılıb.

Bakupost.az yerli KİV-ə istinadən xəbər verir ki, əməliyyata səbəb iki gün əvvəl baş verən cinayət hadisəsi olub.

31 yaşlı Azərbaycan (Y.G.) və 54 yaşlı Türkiyə vətəndaşı (N.D.) paytaxt Podqoritsanın Zabjelo qəsəbəsində bir nəfərin (M.J.) qətlində şübhəli bilinir. Hər iki şəxs zorakılıqda təqsirləndirilir.

Bundan başqa səkkiz əcnəbi ölkədən deportasiya olunub.


Cavid, BakuPost



Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью