Azərbaycan vətəndaşlarının İçərişəhərə giriş çıxışı sərbəst olmalıdır Deputatdan TƏKLİF | …
Demokrat.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Hesab edirəm ki, Azərbaycan vətəndaşlarının İçərişəhərə giriş-çıxışı sərbəst olmalı, onlara ödəniş tətbiq olunmamalıdır.
Qiymət tətbiqi yalnız xarici turistlər və qonaqlar üçün nəzərdə tutulmalıdır. Təəssüf ki, bu fikir bəziləri tərəfindən yanlış başa düşüldü".
Bu sözləri Demokrat.az-a deputat Tahir Rzayev deyib: Deputat bildirib ki, bu məsələ isə olduqca vacibdir:"İçərişəhər tariximizin və mədəniyyətimizin nadir nümunəsidir.
Buranın qorunması yalnız dövlətin deyil, hər bir vətəndaşın borcudur.
Son illərdə İçərişəhərin abadlaşdırılması və təhlükəsiz şəkildə insanların istirahət etməsi üçün görülən işlər təqdirəlayiqdir.Bakıya gələn turistlərin əksəriyyəti məhz bu məkanla maraqlanır.
Ona görə də bu unikal ərazinin qorunması üçün əlavə tədbirlər və qaydalar artırılmalıdır.
Qiymət məsələsinə gəlincə, Azərbaycan vətəndaşları üçün ödəniş nəzərdə tutulmamalıdır.
Tam oxu
Xəbəri oxu