Azərbaycan VISA ilə Anlaşma Memorandumu imzalayıb

09.09.2025

Icma.az, Baku.ws portalına istinadən məlumat yayır.

Azərbaycan və "VISA" şirkəti arasında müasir maliyyə həllərinin genişləndirilməsi ilə bağlı Anlaşma Memorandumu imzalanıb.

"Report" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsində yazıb.

Nazir bildirib ki, "VISA" şirkətinin MDB, Şərqi və Cənub-Şərqi Avropa ölkələri üzrə baş vitse-prezidenti Kristina Doroş ilə görüşüb.

Görüşdə əməkdaşlıq imkanları, rəqəmsal ödəniş ekosisteminin inkişafı, həmçinin KOB-lara dəstək mexanizmləri barədə fikir mübadiləsi aparılıb.

"Görüş çərçivəsində İqtisadiyyat Nazirliyi ilə şirkət arasında imzalanan Anlaşma Memorandumu ölkəmizdə müasir maliyyə həllərinin genişləndirilməsinə və maliyyə inklüzivliyinin təşviqinə xidmət edəcək."- M. Cabbarov qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью