Azərbaycan voleybolçularının uğursuz Madrid sınağı

14.09.2026

Icma.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

9-13 sentyabr tarixlərində İspaniyanın paytaxtı Madriddə çimərlik voleybolu üzrə U-22 Avropa çempionatı keçirilib.

Futbolpress.az xəbər verir ki, Qitə birinciliyində oğlanların mübarizəsində 26 ölkədən 32 cüt, qızların yarışında isə 22 ölkədən 28 cüt qüvvəsini sınayıb.

Turnirdə ölkəni İbrahim Məmmədov – Məhəmməd Aslanlı və Səbinə Əlizadə – Leyla Əliyeva cütlükləri təmsil ediblər.

İ.Məmmədov – M.Aslanlı dueti təsnifat mərhələsində İtaliyaya (0:2) və İsrailə (1:2) məğlub olublar.

Əsas mərhələdə çıxış edən S.Əlizadə – L.Əliyeva tandemi isə İtaliya (0:2), Çexiya (0:2) və Danimarka (0:2) komandalarına uduzublar.

Qeyd edək ki, Azərbaycanın çimərlik voleybolçuları sentyabrın 17-20-də Türkiyənin İzmir şəhərində keçiriləcək U-18 Avropa çempionatında da iştirak edəcəklər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью