Azərbaycan vurulacaqdı, Pezeşkian mane oldu Qəzənfəri

27.06.2026

Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İran parlamentinin deputatı Kamran Qəzənfərinin son açıqlaması rezonans doğurub.

Axar.az Globalinfo.az-a istinadla xəbər verir ki, Qəzənfəri İranın müharibə zamanı Azərbaycana hücum etməyə hazırlaşdığı, lakin Prezident Məsud Pezeşkianın buna mane olduğunu iddia edib.

Qəzənfəri Azərbaycanı İsraillə əməkdaşlıqda, ABŞ-ın İrana qarşı müharibəsinə dəstək verməkdə günahlandırıb.

Həmçinin İranın mərhum prezidenti İbrahim Rəisinin ölümünə görə də Azərbaycanı ittiham edib.

Deputat iddialarını təsdiqləmək üçün heç bir sübut göstərməyib. Onun bəyanatlarına hər hansı ciddi reaksiya da gəlməyib. İranlı deputatın iddiaları Azərbaycan ictimaiyyətində birmənalı qarşılanmayıb və narazılıq doğurub.

Qeyd edək ki, Kamran Qəzənfəri daha əvvəl də dəfələrlə Azərbaycana qarşı əsassız ittihamlar səsləndirib, Bakını hədəf alıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью