Azərbaycan xalçaları Vatikanın diqqət mərkəzində

30.09.2026

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Vatikan Muzeylərinin Anima Mundi Etnoqrafik Muzeyində Azərbaycanın xalçaçılıq sənətinə həsr olunan “Heavenly Religions” (“Səmavi dinlər”) sərgisi açılıb.

Sərgidə İslam, xristianlıq və yəhudiliyə həsr olunmuş üç Azərbaycan xalçası nümayiş etdirilir.

Əl ilə toxunan xalçalar azərbaycanlı rəssam Eldar Mikayılzadənin dizaynı əsasında hazırlanıb. Əsərlər 2025-ci ilin oktyabrında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva tərəfindən Roma Papası XIV Leoya təqdim edilmişdi.

Sərginin məqsədi xalça sənətini yalnız bədii irs kimi deyil, həm də müxtəlif mədəniyyət və dini ənənələr arasında dialoqun ifadəsi kimi təqdim etməkdir. Azərbaycan xalçaçılıq sənəti 2010-cu ildən UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısında yer alır.

Səadət Rzayeva
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью