Azərbaycan Xalq Cümhuriyyət dövründən bu günə kimi vəzifədə olan maliyyə nazirləri Siyahı …
Bizimyol portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir. 1918-ci il 28 May ölkədə respublika quruluşu təyin edilmişdi.
Bu vaxtdan başlayaraq Azərbaycanın maliyyə nazirləri müxtəlif dövrlərdə vəzifədə olublar.
Azərbaycanın (müxtəlif dövrlər və müxtəlif titullarla) maliyyə naziri vəzifəsində olmuşdurlar.1918-ci il 28 maydan 1918-ci ilin 17 iyun ayına qədər Azərbaycan Xalq Cümhuriyyətinin maliyyə naziri Nəsib bəy Yusifbəyli olmuşdur.1918-ci il 17 iyundan 1918-ci il oktyabrın 6-na qədər həmin vəzifəni Əbdüləli bəy Əmircanov icra etmişdir.1918-ci il 6 oktyabrdan 1918-ci il 7 dekabra qədər eyni vəzifədə Məmmədhəsən Hacınski olub.1918-ci il 26 dekabrdan (19 gün sonra) 1919-cu il 14 marta qədər maliyyə naziri İvan Protasov olmuşdur.
Siyasi partiyası Slavyan-Rus Cəmiyyəti fraksiyası idi.1918-ci il 14 martdan 1919-cu il 22 dekabra qədər Əliağa Həsənov, 2 gün sonra 1919-cu il 24 dekabrdan 1920 -ci il 15 aprelə kimi Rəşid xan Qaplanov vəzifədə olmuşdur.
Siyasi partiyası Əhrar Partiyası idi.1920-1922-ci illərdə Azərbaycan SSSR xalq maliyyə komissarı Nəsir Tağıyev idi.1923-1924-cü illərdə Tevadros Mirzəbekyan həmin vəzifəni icra etmişdir.1925-ci ildə Mirzə Davud Hüseynov vəzifəyə gəlir.1926-cı ildə Əlisəttar İbrahimov həmin vəzifəni icra edir.1927-ci ildən 1930 -cu il dekabrın 10-na qədər Teymur Əliyev vəzifədə olmuşdur.1931-ci il yanvar ayının 30-dan, 1932-ci il 29 yanvara qədər vəzifədə Əli Məhəmmədov olmuşdur.1932-ci il 29 yanvardan, 1935-ci ilə qədər vəzifədə Nadir İbrahimov olmuşdur.1935-ci ildən 1936-cı il 14 maya qədər İsrafil Atakişiyev vəzifəsini icra etmişdir.1936-cı il 14 maydan 1937-ci ilə qədər Şahmar Tağıyev, 1937-ci ildə həmçinin Rixirev vəzifədə olmuşdular.1938-ci ilin 5 mayından 1946-cı ilin 28 martına qədər Mirabutalıb Səmədov vəzifədə olmuşdur.1946-cı il 28 martdan 1949-cu il 26 sentyabra qədər Azərbaycan SSR maliyyə naziri Mirabutalıb Səmədov vəzifədə olmuşdur.1949-cu il 26 sentyabrdan 1958-ci il 3 noyabra qədər Rza Sadıqov, həmin ilin ardınca 1969-cu il 25 dekabra qədər vəzifədə Qurban Xəlilov olub.1970-ci il 20 avqustdan 1987-ci ilin oktyabrın 13-nə qədər Baxşəli Baxşəliyev vəzifədə olub.1987-ci il 13 oktyabrdan 1991-ci il fevralın 5-nə qədər vəzifədə Bədir Qarayev olmuşdur.1991-ci il 5 fevraldan 1992-ci il 5 oktyabra qədər Azərbaycan respublikasının maliyyə naziri Bədir Qarayev olmuşdur.1992-ci il 5 oktyabrdan 1993-cü il 9 dekabra qədər vəzifədə Saleh Məmmədov olub.1994-cü il 28 iyundan 1998-ci il 18 oktyabra qədər, həmçinin sonuncu tarixdən 1999-cu il 12 fevrala qədər vəzifədə Fikrət Yusifov olmuşdur.1999-cu il 12 fevraldan 1999-cu il 11 iyula qədərki vəzifəni Fikrət Yusiofov icra etmişdir.1999-cu il 11 iyuldan 2006-cı il 18 aprelə qədər Əvəz Ələkbər vəzifədə olub.2006-cı il 18 apreldən 2025-ci ilin yanvarın 10-na qədər Samir Şərifov maliyyə naziri olmuşdur.2025-ci ilin 6 fevralında, 27 gündən sonra isə Sahil Babayev maliyyə naziri təyin olunub.
Qeyd edək ki, Prezident İlham Əliyevin 2025-ci il yanvarın 10-da imzaladığı Sərəncamla Maliyyə naziri Samir Şərifov vəzifədən azad edilib.
Prezidentin digər sərəncamı ilə Samir Şərifov elə həmin ildə Azərbaycan Respublikası Baş nazirinin müavini təyin olunub.
2025-ci ili 6 fevral günü Sahil Babayev Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri vəzifəsindən azad edilib.
Tam oxu
Xəbəri oxu