Azərbaycan xalqı 20 Yanvar şəhidlərinin məzarlarını ziyarət edir | Icma.az
Oxu.az saytına istinadən Icma.az xəbər verir. Bu gün 20 Yanvar faciəsindən 36 il ötür.
Oxu.Az xəbər verir ki, səhər saatlarından başlayaraq soyuq hava şəraitinə baxmayaraq, çox sayda insan Şəhidlər xiyabanına üz tutaraq, Azərbaycanın ərazi bütövlüyü və azadlığı uğrunda canlarından keçən şəhidlərin məzarlarını ziyarət edir.
Matəm günü ilə əlaqədar şəhid olanların yaxınları, rəsmi şəxslər, ictimaiyyət nümayəndələri, eləcə də sadə vətəndaşlar şəhidlərimizin xatirəsini ehtiramla yad edir, onların məzarları önünə əklil və gül dəstələri qoyurlar.
Qeyd edək ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə baş vermiş qanlı hadisələrdən 36 il ötür.
36 il bundan əvvəl Azadlıq meydanına və paytaxtın bir sıra küçələrinə yeridilən Sovet qoşunları öz silahlarını, ağır texnikasını dinc sakinlərə, əliyalın istiqlalsevərlərə qarşı yönəldərək Bakıda qırğınlar törədib.
Mərahim Nəsib Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu