Azərbaycan xalqı alban xristian irsinin varisidir

01.10.2026

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Xalq qəzeti” redaksiyasında tarixçi-alimlərin iştirakı ilə Qafqaz Albaniyasının tarixi və maddi-mədəni irsi, onun Azərbaycan tarixində yeri, Alban abidələrinin arxeoloji, eləcə də elmi baxımdan araşdırılması mövzusunda dəyirmi masa keçirilib. Müzakirələrdə AMEA Tarix və Etnologiya İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru Ramil Ağayev, şöbə müdiri Ramin Əlizadə və aparıcı elmi işçi, tarix üzrə fəlsəfə doktoru Ramil Niftəliyev çıxış ediblər.

Müzakirələrdə XIX əsrdən etibarən Qafqaz Albaniyası tarixinin, eləcə də irsinin təhrif edilməsi ilə bağlı proseslərə geniş nəzər salındı. Bildirildi ki, 1836-cı ildə Rusiya imperiyasının Alban Apostol Kilsəsini ləğv etməsindən sonra onun varidatı, əlyazmaları və digər tarixi materiallarının bir hissəsi Eçmiədzinə aparılıb. Sonrakı dövrlərdə isə Azərbaycan alimlərinin həmin abidələrə çıxış imkanları məhdudlaşdırılıb.

Tarixçi alimlər Qarabağın işğaldan azad edilməsi ilə həmin ərazilərdə arxeoloji ekspedisiyaların və elmi-tədqiqat işlərinin aparılması, Qafqaz Albaniyasının tarixi və maddi-mədəni irsinin öyrənilməsi üçün yeni imkanlar yarandığını qeyd ediblər. Çıxışlarda Alban dini kompleksləri və monastırları ilə bağlı tarixi iddiaların elmi əsaslarla araşdırılmasının zəruriliyi vurğulanaraq yazılı mənbələrlə yanaşı, arxeoloji ekspedisiyaların mühüm önəm daşıdığı da vurğulanıb. Yekun olaraq bildirilib ki, Azərbaycan xalqı Qafqaz Albaniyasının tarixi və mədəni irsinin birbaşa, qanuni varisidir. Həmin irs nümunələrinin elmi şəkildə araşdırılması tariximizin daha dolğun öyrənilməsinə düşmən iddialarının ifşa edilməsinə imkan verəcək.

Dəyirmi masa müzakirələri qəzetimizin yaxın sayında dərc ediləcək.

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью