Azərbaycan xalqı cahildirmi?

18.09.2026

Adelet.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Təbii ki, xalqa bu cür baxış və qiymətləndirmə etmək olmaz. Lakin bu xalqın bir qisminin performansı insanı belə bir fikrə düşməyə məcbur etməyə bilmir. Bizim xalq olaraq, üstündə dursalar, səmimi şəkildə əməl etsələr və gözünə digər məqsədlər qatmasalar, çox yaxşı milli- mənəvi dəyərlərimiz var. Amma ideoloji sütun sındığından xalqı vahid bir damın altında saxlayacaq fikir axını parça-parça olub, hərənin fərdi qaydada fəaliyyət meydanına dönüb”.

Adalet.az xəbər verir ki, bunu politoloq Əziz Əlibəyli deyib. 

“Tutaq ki, din barədə müzakirə açılacaqsa, bu dərhal aqressiv bir qaşıdurmaya çevriləcək.Yaxud milli kimlik üzərində o qədər yanlış durulub ki, bu, birləşdirmək əvəzinə etnik separatizmə yuvarlanıb.Sosial şəbəkələr xaricdən Azərbaycana savaş açan etnik separatçılarla dolub-daşır, ziyalılıq institutunun deqradasiyası nəticəsində həmin obraz kimi görməyə adət etdiyimiz şəxslərin çox böyük əksəriyyəti xüsusi qrupların nüfuz elçiliyinə yuvarlanıb, din desək, qəribə-qəribə cərəyanlar peyda olub, şüurlu insanın ağlına gəlməyəcək məsələləri müzakirəyə çıxarmaqla cəmiyyətin mənəvi saflığına zərər verirlər.Sosial şəbəkələrdə fala baxan, pir açan, fırıldaqçılarla doludur.Ağsaqqallıq institutu desək, obraz gülünc, məzə obyektinə çevrilib. Ailə dəyərləri desək, ortada ailə qalmayıb az qala...Mənəvi tənəzzül özünün XIX əsr səviyyəsinə qayıdıb, o dövrün personajları bu günün real həyatında üz-üzə gəlinəcək qədər çoxalıb.Və burda həmin sual meydana çıxır:Biz cahilikmi?”, - deyə o, sual verib.

Vasif ƏLİHÜSEYN

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью