Azərbaycan xalqı Ümummilli Liderin məzarını ziyarət edir

12.12.2024

Icma.az, Teleqraf.com portalına istinadən məlumat yayır.

Azərbaycan xalqı Ümummilli Lideri Heydər Əliyevin vəfatının 21-ci ildönümü ilə əlaqədar Fəxri xiyabana gələrək Ulu Öndərin məzarını ziyarət edirlər.

Teleqraf.com xəbər verir ki, səhər saatlarından başlayaraq Azərbaycan ictimaiyyətinin nümayəndələri Ümummilli Liderin məzarını ziyarət edir, məzarı önünə tər çiçək dəstələri qoyur, ruhuna dualar oxuyurlar.

Ziyarətdə dövlət qurumlarının rəhbərləri, qurumların əməkdaşları, ziyalılar, ictimai xadimlər və sadə vətəndaşlar iştirak edirlər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью