“Azərbaycan xalqının ən böyük düşməni özəl televiziyalardır...”

03.02.2026

Adelet.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Efirlərimizdə ayaq açıb yeriyən sosial verilişlərdə artıq biabırbçılıq baş alıb gedir. Başqa kişiyə qoşulub evdən qaçan qadın uşaqlarından imtina edir, digər bir hamilə qadın övladının hansı kişidən olduğunu bilmir, DNT tələb edir, başqa birisi Bakıda yaşamaq iddiasına düşür və sair. Görünən odur ki, vəziyyət çox acınacaqlıdır. 

Mövzuyla bağlı Adalet.az-a danışan Sağlam Cəmiyyət Hərakatının rəhbəri, sosioloq Elçin Bayramlı bildirdi ki, özəl kanallardakı bu cür verilişlərdə mənəviyyatsızlıq, əxlaqsızlıq təbliğatı açıq şəkildə aparılır. 

Onun sözlərinə görə, burda əsas məqsəd dünyanın ən əxlaqlı, mənəviyyatlı xalqı olan Azərbaycan xalqını mənəvi cəhətdən tam şəkildə çökdürməkdir:
“Məqsəd ailə institutunu dağıtmaq, zombiləşdirmək, əxlaqsızlaşdırmaq, bütün milli-mənəvi dəyrlərini məhv etməkdir. Bununla bağlı qlobal qüvvələrin çox sayda doktrinaları var, şərq, xüsusən də müsəlman ölkələrində mənəvi dəyərləri çökdürüb məhv etmək üçün bu istiqamətlə yüz milyardlarla pullar ayrılır. Öz ətraflarında olan şəxslərə də bunun üçün qrant ayırırlar. Bu şəxslər qlobal mərkəzlərə xidmət edir, Azərbaycan xalqının mənəvi cəhətdən məhv edilməsi üçün əllərindən gələn hər şeyi edirlər”. 

Sosioloq deyib  ki, Azərbaycan xalqının ən böyük düşməni özəl televiziyalardır:

“Bu günki mənəvi deqradasiyanın, mənəvi psixoloji problemlərin istisnasız olaraq hamısının səbəbkarı yalnız və yalnız özəl televiziyalardır. Bütün prosesləri bu televiziyalar vasitəsi ilə apardılar. İyrənclikləri, murdarlıqları adiləşdirdilər, qadınları əxlaqsızlaşdırmaq, uşaqları tərbiyəsizləşdirmək, ailələri dağıtmaq, kriminaldan tutmuş, hər şeyi açıq şəkildə təbliğ etmək. Azadlıq, demokratiya deyərək açıq şəkildə bu fəaliyyəti göstərirlər”.

E.Bayramlı bildirib ki, dövlət televiziyalarında belə hallar bir dəfə də olmur:

“Bu kanallar yalnız vətənpərvərlik, milli-mənəvi dəyərlər, tariximiz, ədəbi-bədii verilişlər yayımlayırlar. Bu telekanallarda küçə uşaqlarına rast gəlməzsiniz. Demək yalnız və yalnız özəl televiziyalar vasitəsi ilə bu təbliğatı aparırlar. Düzdü, sonradan da buna internet televiziyaları da əlavə olundu. Ona görə də həmişə təklif etmişəm ki, Azərbaycanda özəl televiziyalar ləğv edilməlidir və dövlət balansına keçirilməlidir. Başqa əlac yoxdur. Bu xalqın xilası üçün yol ancaq budur. Ümumiyyətlə, bütün media birbaşa dövlət nəzarətində olmalıdır. Bunun başqa yolu yoxdur”. 

Vasif ƏLİHÜSEYN

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью