Azərbaycan xaricdən 1,2 milyon tondan çox buğda alıb 1 tonunun orta dəyəri 358 manata düşüb

27.11.2026

Icma.az xəbər verir, Marja.az saytına əsaslanaraq.

2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycana 253 milyon 332 min ABŞ dolları dəyərində 1 milyon 203 min 526 ton buğda idxal olunub.

Marja.az Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, 2025-ci ilin eyni dövrü ilə müqayisədə Azərbaycanın buğda idxalı fiziki həcm ifadəsində 193 min 912 ton və ya 19,2%, dəyər ifadəsində isə 35 milyon 641 min dollar və ya 16,4% artıb. 2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycana 217 milyon 691 min dollar dəyərində 1 milyon 9 min 614 ton buğda idxal edilmişdi.

VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

İDXAL OLUNAN BUĞDANIN ORTA DƏYƏRİ AZALIB

Marja.az-ın hesablamalarına görə, 2025-ci ilin ilk 10 ayında Azərbaycana idxal olunan buğdanın bir tonunun orta statistik dəyəri 215,62 dollar təşkil etmişdisə, 2026-cı ilin eyni dövründə bu göstərici 210,49 dollara düşüb. Beləliklə, idxal olunan buğdanın bir tonunun orta statistik dəyəri 5,13 dollar və ya 2,4% azalıb.

Manat ifadəsində idxal olunan buğdanın bir tonunun orta statistik dəyəri 366,55 manatdan 357,83 manata düşüb.

BUĞDANIN ÜMUMİ İDXALDA PAYI ARTIB

2026-cı ilin ilk 10 ayında buğdanın Azərbaycanın ümumi idxalında xüsusi çəkisi 1,13%-dən 1,66%-ə yüksəlib. Buğdanın Azərbaycanın yeyinti məhsulları idxalının ümumi dəyərində xüsusi çəkisi isə 10,3%-dən 10,9%-ə çatıb.

Cari ilin ilk 10 ayında Azərbaycanın buğda idxalının ümumi statistik dəyəri manat ifadəsində 430 milyon 664 min manat təşkil edib.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью