Azərbaycan xaricdən daha az əczaçılıq məhsulu alıb, daha çox vəsait sərf edib

27.11.2026

Marja.az saytına istinadən Icma.az xəbər verir.

2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycana 447 milyon 506 min ABŞ dolları dəyərində 12 min 70 ton əczaçılıq məhsulu idxal edilib.

Marja.az Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, 2025-ci ilin eyni dövrü ilə müqayisədə Azərbaycanın əczaçılıq məhsulları idxalının fiziki həcmi 2 min 680 ton və ya 18,2% azalsa da, dəyəri 22 milyon 752 min dollar və ya 5,4% artıb. 2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycana 424 milyon 755 min dollar dəyərində 14 min 750 ton əczaçılıq məhsulu idxal edilmişdi.

VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

İDXAL OLUNAN ƏCZAÇILIQ MƏHSULLARININ ORTA DƏYƏRİ 28,7% ARTIB

Marja.az-ın hesablamalarına görə, 2025-ci ilin ilk 10 ayında Azərbaycana idxal olunan əczaçılıq məhsullarının bir tonunun orta statistik dəyəri 28 min 796 dollar təşkil etmişdisə, 2026-cı ilin eyni dövründə bu göstərici 37 min 75 dollara yüksəlib. Beləliklə, idxal olunan əczaçılıq məhsullarının bir tonunun orta statistik dəyəri 8 min 279 dollar və ya 28,7% artıb.

Qeyd edək ki, əczaçılıq məhsullarının orta statistik vahid dəyərinin dəyişməsinə idxal olunan məhsulların çeşidi, tərkibi və daha yüksək dəyərə malik preparatların idxaldakı xüsusi çəkisi də təsir göstərə bilər. Bu göstərici ayrı-ayrı dərman vasitələrinin satış qiymətinin eyni nisbətdə artması demək deyil.

ƏCZAÇILIQ MƏHSULLARININ İDXALININ DƏYƏRİ 760 MİLYON MANATI KEÇİB

2026-cı ilin ilk 10 ayında Azərbaycanın əczaçılıq məhsulları idxalının ümumi statistik dəyəri manat ifadəsində 760 milyon 761 min manat təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici 38 milyon 678 min manat artıb.

Əczaçılıq məhsullarının Azərbaycanın ümumi idxalında xüsusi çəkisi 2,21%-dən 2,93%-ə yüksəlib.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью