Azərbaycan xaricdən ət alışını artırdı

19.10.2026

Yenisabah saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycana xarici ölkələrdən gətirilən ətin həm miqdarında, həm də statistik dəyərində artım qeydə alınıb. 

“Yeni Sabah” xəbər verir ki, 2026-cı ilin ilk 9 ayı ərzində ölkəyə 37 min 939.03 ton ət idxal olunub. Bu idxalın statistik dəyəri 89 milyon 366.74 min dollar təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 0.67% artım deməkdir.

Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin yanvar-sentyabr aylarında ölkəyə 33 min 320.97 ton ət gətirilmişdi. Həmin dövrdə həyata keçirilən ət idxalının statistik dəyəri 75 milyon 768.74 min dollar olmuş, ümumi idxaldakı xüsusi çəkisi isə 0.45% təşkil etmişdi. Dördpendirli pizza

Rəqəmlərdən göründüyü kimi, illik müqayisədə ölkəyə gətirilən ətin fiziki həcmində 4 min 618 ton, maliyyə dəyərində isə 13 milyon 598 min dollardan çox artım baş verib. 

Cəlalə Cəlalqızı 


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью